ƏBU ÜBEYDƏ

(18/639 ildə vəfat etmişdir) – İslam ordusunun görkəmli sərkərdəsi və siyasət adamı, Məhəmməd peyğəmbərin ən yaxın səhabələrindən biri olmuşdur. Əsl adı Əmir ibn Abdullah ibn Cərrah olmuşdur. O, İslamı hələ Məkkədə olarkən qəbul etmişdir. Müsəlmanlar təqib olunan zamanlar o, digər müsəlmanlarla birlikdə Həbəşistana hicrət etmişdir. Sonra Əbu Übeydə digər müsəlmanlarla birlikdə Həbəşistandan Mədinəyə köçmüşdür. O, İslamın güclənməsi və inkişafı üçün əlindən gələni əsirgəməmişdir. İslam uğrunda gedən bütün müharibələrdə iştirak etmişdir. Əbu Übeydə o qədər möhkəm inanca sahib olmuşdur ki, Bədr döyüşündə bütpərəstlərin qoşununda müsəlmanlara qarşı döyüşən atası Abdullah ilə qarşılaşmış və onu öldürmüşdür. İslamın ilk dövrlərində bu qəbildən olan davranışı Məhəmməd peyğəmbərin bir çox səhabələri də etmişdirlər. Məsələn, Əbu Bəkr oğlu ilə, Müsab ibn Ümeyr qardaşı ilə, Ömər ibn Xəttab əmisi ilə döyüşmüşdür. Rəvayətlərə görə, Allah Məhəmməd peyğəmbərə bunu təqdir edən Quran (58: 22) ayəsini nazil etmişdir. Məhəmməd peyğəmbərin həyatının Mədinə dövründə Əbu Übeydə onunla birlikdə olmuşdur. Peyğəmbərin vəfatından sonra o, Səid oğullarının yığıncaq yerlərinə getmiş, orada Süffədə keçirilən yığıncaqda mühacirlərin təmsilçisi kimi iştirak etmiş, Əbu Bəkrin birinci Raşidi xəlifə seçilməsi üçün səy göstərmişdir. Əbu Übeydənin ordunu idarə etmə bacarığı yüksək olmuşdur. Xilafət İran və Bizans imperiyaları ilə müharibəyə başladığı andan o döyüşlərə qatılaraq igidcəsinə vuruşmuşdur. Hicrətin 13-cü ilində baş vermiş Yərmuk döyüşündə xəlifə Ömər onu ordu sərkərdəsi təyin etmişdir. Onun bacarıqlı sərkərdəliyi altında müsəlman döyüşçülər Bizans ordusunu darmadağın etmişdirlər. Bu zəfərdən sonra Əbu Übeydə əldə etdiyi uğurları davam etdirmiş, Fəhl və Bəsəni ələ keçirmişdir. Sonra, hicrətin 14-cü ilində Dəməşqi ala bilmişdir. Daha sonra onun rəhbərliyi altında Xoms, Yerusəlim və başqa Suriya şəhərləri fəth edilmişdir. Bu qələbənin sonunda Bizans Suriya üzərindəki hakimiyyətini itirmişdir. Hicrətin 18-ci ilində Suriyada vəba xəstəliyi yayıldığına görə Əbu Übeydə də bu xəstəlikdən vəfat etmişdir.
ƏBU SÜFYAN
ƏBU YUSİF
OBASTAN VİKİ
Əbu Übeydə ibn Cərrah
Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah (ərəb. أبو عبيدة عامر بن عبدالله بن الجراح‎; 583, Məkkə – 639, Emmaus[d]) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. O, xəlifə Ömərin hakimiyyəti dövründə Raşidi ordusuna öndərlik etmişdir və Ömərin xilafətə davamçı seçdikləri adamlardan biri idi. Tam adı Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah ibn Hilal ibn Üheyb ibn Dəbba ibn Həris ibn Fihr ibn Məlik ibn Nədr Kuraşi Fixri təqribən 581-ci ildə Məkkədə anadan olmuşdur. Tacir olan Əbu Übeydə Banu Həris ibn Fihr qəbiləsinin Kuraşi qolundan idi. O, İslamı qəbul etməzdən əvvəl Kuraşilər arasında, o cümlədən Məkkə şəhərində tanınırdı. Əbu Übeydə İslam peyğəmbəri Məhəmmədin Məkkədə yaşadığı dövrdə, 611-ci ildə Əbu Bəkrdən sonra İslam dinini qəbul edir. Məhəmmədin digər səhabələri ilə Həbəşistana köçməli olan Əbu Übeydə Məkkəyə qayıtdıqdan sonra Mədinəyə gedir. O, Mədinə olan dövrdə gənc İslam Dövlətinin yaranmasına və möhkəmlənməsinə kömək etdi. Əbu Übeydə Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında gedən bütün döyüşlərdə iştirak edir.
Əbu
Əbu Dücanə
Əbu Cəhl
Əbu Hәkәm Əmr ibn Hişam, Əbu Cəhl adı ilə tanınır (570-ci illər, Məkkə – 13 mart 624, ərəb. أبو جهل‎) — Məhəmməd peyğəmbərin әn qatı əleyhdarlarından biri. Qureyşilәrin Mәxzum qolundan olması bilinir. Məhəmməd peyğəmbərlə eyni ildə doğulmuşdur. Onun tam adı Əbu əl-Həkəm Əmr ibn Hişam ibn əl-Muğira ibn Abdullah ibn Umar əl-Qureyşidir. Bənu Məxzum nəslindəndir. Peyğəmbərlik missiyası başlayandan sonra Məhəmmədə qarşı çıxır və Məkkənin ilk müsəlmanlarını təqib edir. Əbu Cəhl İslamın ilk şəhidi Əmmar ibn Yasirin anası Süməyyanı öldürən şəxsdir. Xüsusi qəddarlığına və barışmazlığına görə müsəlmanlar onu Əbu Cəhl (“cahilliyin atası”) adlandırırdılar [4]. Əbu Cəhl müsəlmanların boykot edilməsinin təşəbbüskarlarından biri olmuş və onun aradan qaldırılmasına çalışmışdır.
Əbu Cəndəl
Əbu Cəndəl (Məkkə, ərəb. أبو نَجِيحٍ العرباض بن سارية السلمي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. O, həmçinin Abdullah ibn Süheylin qardaşı və Qureyş natiqi Süheyl ibn Əmrin oğlu olur. 624-cü ildə Bədr döyüşündən əvvəl İslamı qəbul edir. Bunu qəbul edə bilməyən atası Süheyl ibn Əmr tərəfindən zəncirlənir. Hüdeybiyyə müqaviləsi günü müsəlmanların yanına qaçır. Müqavilənin şərtlərindən biri olan geri qayıtma şərtinə görə onu Məkkə heyətini təmsil edən atası geri Məkkəyə aparır. Sonra yenidən qaçaraq Qırmızı dəniz sahilində bir mövqeyə yerləşir. Məkkədən qaçanlar müqavilənin şərtlərinə uyğun olaraq Mədinəyə gedib müsəlman cəmiyyətinə sığına bilməzdilər. Onların çoxu Qırmızı dənizin Sifülbəhr adlanan yerində toplanırdı.
Əbu Dücanə
Əbu Dücanə (bilinmir, Mədinə – 634, ərəb. أَبو دجانة سماك بن أوس‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Mədinədə anadan olub. Əslən Xəzrəc qəbiləsindəndir. Məkkəli müsəlmanların Mədinəyə köçməsindən əvvəl İslamı qəbul etmişdir. O, müşriklərə qarşı döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı o, tez-tez başına qırmızı lent bağlıyar və rəqibləri qarşısında döyüşlərdən əvvəl özünü göstərirdi. Uhud döyüşündə həyatını təhlükəyə ataraq Məhəmməd peyğəmbəri müdafiə etmiş və ağır yaralanışdır. Xəlifə Əbu Bəkrnin dövründə mürtədlərlə vuruşurdur. O, “yalançı peyğəmbər” Müsaylimə ilə döyüşdə həlak olmuşdur.
Əbu Firas
Əbu Firas Həmdani ( ərəb. أبو فراس‎), tam adı ilə Əbu Firas ibn əl-Haris ibn Səid ibn Həmdan əl-Həmdani (ərəb. أبو فراس الحمداني‎ ; 932, Mosul – 4 aprel 968[…], Homs) — X əsr ərəb şairi və dövlət xadimi. Həmdani aristokrat ailəsinə mənsub idi. Bizansa qarşı müharibələrdə iştirak etmiş, iki dəfə əsir götürülmüş və fidyə qarşılığında azad edilmişdir. O, döyüşlərin birində həlak olmuşdur. Əbu Firasın lirikasında cəngavər xüsusiyyətləri, döyüşkənlik və sevgiliyə pərəstiş üstünlük təşkil edir. Ərəb poeziyasında ilk dəfə səhər nəğməsi motivinə malikdir. Elegiyalarda əsirlikdən gələn mesajlar vermiş, anasına, yurduna və ölkəsinə olan sevgisini böyük qüvvə ilə ifadə etmişdir. Onun poeziyasının dili sadədir.
Əbu Fukeyhə
Əbu Fukeyhə — Məhəmməd peyğəmbərin səhabəsi. İslamı qəbul edən ilk şəxslərdən olan Əbu Fukeyhə Səfvan ibn Üməyyənin qulu idi. Bu səbəbdən o, Məkkə dövründə digər qul müsəlmanları kimi ağır işgəncələrə məruz qalmışdır. Onu Əbu Bəkr satın alıb azad etmişdir. O, Həbəşistana hicrət edən ikinci dəstəyə qoşulur. Buradan Mədinəyə gedir və Bədr döyüşündən əvvəl vəfat edir.
Əbu Huzeyfə
Əbu Huzeyfə (581, Məkkə – 633, ərəb. أبو حذيفة‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Atası Məkkənin və bütpərəstlərin qabaqcıl simalarından biri olan Utbe bin Rəbiədir. O, həm də “qara ciyər yeyən qadın” kimi məşhur olan Hind binti Utbanın bacısıdır. Əbu Huzeyfə atasının bütün maneələrinə baxmayaraq müsəlman olur. Rəvayətlərdə onun 44-cü müsəlman şəxs olduğu bildirilir. O, həm də Məkkə dövründə yazıb-oxumağı bacaran 17 nəfərdən biri idi. Sehlə binti Süheyl ilə evlənir və Həbəşistana iki hicrətdə iştirak edir. Sonra Məkkəyə qayıdır və hicrətə qədər orada qalır. Bədr, Uhud və Xəndək döyüşlərində və digər bütün hərbi əməliyyatlarda iştirak etmişdir.
Əbu Hüreyrə
Əbu Hüreyrə (602, Tixama, Məkkə bölgəsi[d] – 679, ərəb. أبو هريرة‎) və ya Əbu Hüreyrə Əbdürrəhman bin Səhr əd-Devsi — Yəmən əsilli səhabələrdən biri. Əsl adı bilinməsə də, müsəlman olmadan əvvəl adının Əbdüləmr, Sükeyn, Əbdüşəms olduğu barədə müxtəlif şayiələr vardır. Sahibsiz pişikləri bəslədiyi və böyütdüyü üçün o, “Pişik atası” mənasını verən Əbu Hüreyrə adı ilə tanınırdı. Yəməndə doğulan Əbu Hüreyrənin doğum tarixi məlum deyil və o, Ezd qəbiləsinin Devs qoluna mənsubdur. 628-ci ildə Məhəmməd Xeybərdə olarkən onun yanına gəlir və müsəlman olur. O, mühasirə zamanı Xeybərin fəthində və ondan sonrakı bütün müharibələrdə iştirak etmişdir. Bu tarixdən ölümünə qədər üç il Məhəmmədin yanından ayrılmamılşdır. Bu səbəbdən də onun ən çox hədis nəql edən səhabə olduğu deyilir. Onun 5375 hədis rəvayət etdiyi təxmin edilir.
Əbu Hənifə
Əbu Hənifə Numan bin Sabit bin Zuta bin Mah (5 sentyabr 699, Kufə, Əməvilər xilafəti[…] – 18 iyun 767, Bağdad, Abbasilər xilafəti, ərəb. أبو حنيفة النعمان بن ثابت الكوفي‎) — İslamın dörd fiqh məktəbindən biri olan Hənəfi məzhəbinin banisi, sünni fiqhinin ən böyük ustadlarından sayılan İslam fiqhi və hədis alimi. Əsl adı "Numan bin Sabit olmuşdur və tərəfdarları tərəfindən "İmam Əzam" ləqəbi ilə anılırlar. Əbu Hənifə 699-cu ildə dövrünün mühüm elm mərkəzlərindən biri olan Kufədə anadan olmuşdur. Atasının adı Sabit, babasının adı Zutadır. Əbu Hənifənin "Hənifə" adını haradan aldığı aydın deyil. Əbu Hənifə adı ərəbcə "qələm atası" deməkdir. Çox güman ki, bu adı onun tələbələri həniflərin atası kimi istifadə etmişlər. Babası Zuta Əfqanıstan ətrafında yaşamış və ərəblərin buranı zəbt etməsi nəticəsində əsir düşmüşdür. O, Teym qəbiləsinin quluna çevrilsə də, sonradan azadlığını əldə etmişdir.
Əbu Kalicar
İmadəddin və Mühyiddin Əbu Kalicar Mərziban ibn Sultanüddövlə (?-ö. oktyabr 1048) buveyi əmiri, (1024–1048)-ci illərdə Farsın, (1028–1048)-ci illərdə Kermanın, (1044–1048)-ci illərdə İraqın hökmdarı. Əbu Kalicar 1024-cü ildə hakimiyyətə yiyələnmişdi. Azərbaycandan İraqi-Əcəmə qayıdan oğuzlar iki qola ayrılmışdılar. Gök-Taş və Mənsurun başçılıq etdiyi oğuzlar Həmədana, Bukanın buyruğundakılar isə Reyə getdilər. Gök-Taş Həmədanı mühasirəyə aldı. Şəhərin valisi İsfahan hakimi Əlaüddövlənin oğlu Əbu Kalicar idi. Mühasirə uzun çəkdi. Əbu Kalicar davam gətirə bilməyəcəyini görüb Gök-Taş ilə saziş bağladı və onun yaxın bir qohumu ilə evləndi. Buka ilə Qızıl isə getdikləri Rey şəhərini mühasirəyə almışdılar.
Əbu Kamal
Əbu Kamal — Suriyada şəhər. Şəhər həmçinin İraqın Suriyaya ən yaxın Mühafəzəsi Anbar mühafazası ilə sərhəddir. Şəhər Fərat çayı üzərində yerləşir. Osmanlı imperiyası dövründə Əbu Kamal "qışla" adlanırdı. Mənası ordunun yeri, məkanı idi. Daha sonra, 1918-ci ildə Əbu Kamal adlanmağa başlandı. Mənası Kamalın ailəsi deməkdir.
Əbu Kamil
Əbu Kamil (d. 850 – ö. 930) — ərəb riyaziyyatçısı, əslən misirlidir. Əl-Xarəzminin kvadrat tənliklər nəzəriyyəsini, qeyri-müəyyən tənliklər haqqında Diofant təlimini inkişaf etdirmişdir. Cəbr üzrə "Əl-cəbr və əl-mukabala haqqında kitab" traktının müəllifidir (IX əsrin sonu X əsrin əvvəli).
Əbu Ləhəb
Əbu Ləhəb (549, Məkkə – 624, Məkkə) — Məhəmməd peyğəmbərin əmilərindən idi. Adı Əbdüluzza, künyəsi Əbül-Ubtədir. peyğəmbərə çox əziyyət etməsi, kin bəsləməsi və məsğərəyə qoyması səbəbiylə "Atəşlər Atası", yəni cəhənnəmlik mənasında "Əbu Ləhəb" ləqəbilə məşhur oldu. Bu ləqəbi Qurani-Kərimdə Məsəd surəsində zikr edilib. Peyğəmbərin əmisi olduğu halda müsəlman olmadı. Müsəlmanların ən qəddar düşməniydi. Heç bir kəsin müsəlman olmaması üçün gecə-gündüz çalışırdı. Peyğəmbərin dünyaya gəldiyi günün səhəri xidmətçisi Süveybə; "Qardaşın Abdullahın oğlu oldu" deyə sevinərək ona müjdə gətirincə sevinərək; Ona süd vermək şərtilə səni azad edirəm demişdi. Beləliklə, Rəsulullahın ilk süd anası Süveybə oldu. Əbu Ləhəb Rəsulullaha olan düşmənçiliyi heç bir zaman əldən buraxmadı.
Əbu Mina
Əbu Mina (qibt. ⲁⲃⲃⲁ ⲙⲏⲛⲁ, ərəb. أبو مينا‎ ) — İsgəndəriyyədən təqribən 50 km (31 mil) cənub-qərbdə, Misirdə bir şəhər, monastır kompleksi və xristian ziyarətgah mərkəzi idi. Şəhərin qalıqları 1979-cu ildə Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bu günə gəlib çatan çox az qalıq olsa da, böyük bazilikalar kimi ən böyük binaların təməlləri asanlıqla görünməkdədir. Bölgədəki son kənd təsərrüfatı səyləri su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu və bu da ərazinin bir sıra binalarının dağılmasına və ya qeyri-sabit vəziyyətə düşməsinə səbəb oldu. Ərazi 2001-ci ildə Təhlükədə olan Dünya irsi siyahısına əlavə edildi. Səlahiyyətlilər ərazidə ən çox təhlükə altında olan binaların altına qum yığmağa məcbur oldular. İsgəndəriyyəli Müqədddəs Mina 3-cü əsrin sonu və ya 4-cü əsrin əvvəllərində şəhid oldu. 5-ci əsrdə və sonrakı müxtəlif hadisələrdə onun dəfn edilməsi və kilsəsinin sonrakı qurulması ilə bağlı bir qədər fərqli versiyalar verilmişdir.
Əbu Nuvas
Əbu Nuvas əl-Həsən ibn Hani əl-Həkəmi və ya Əbu Nüvas (ərəb. أبو نواس الحسن بن هانئ الحكم‎, fars. ابو نواس‎; təq. 756 və ya 762, Əhvaz – 814, 813, təq. 810 və ya 815, Bağdad) — Abbasilər dövründə yaşamış ərəb şairi. Əbu Nuvas çox yoxsul bir ailədə, Xuzistan ərazisində Əhvaz şəhərində dünyaya göz açmışdı. Doğum tarixi müxtəlif mənbələrdə fərqli (747-62) qeyd edilmişdir. Atası Hani ərəb, anası Gülüban fars əsilli idi. 7-8 yaşlarındaykən ailəsi ilə birlikdə Bəsrəyə köçmüşdülər. Əbu Nuvasın uşaqlıq illəri Bəsrədə ehtiyac içində, sıxıntılı keçmişdir.
Əbu Simbel
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi.
Əbu Simbəl
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi.
Əbu Süfyan
Əbu Sufyan ibn Hərb (təq. 565, Məkkə – 640, 653 və ya 650, Mədinə, Rəşidi xilafəti) — Məkkənin köhnə kafirlərindəndir (561 - 652) əsl adı Səhrdir. Məkkənin fəthindən sonra müsəlman olub.
Əbu Rafi
Əbu Rafi əl-Kitbi (ərəb. أبو رافع القِبطي‎) — Muhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Rafinin dəqiq adı məlum deyil. Çox vaxt İbrahim və ya Əsləm adları çəkilir. Digər məlumatlara görə, onun adları Salih, Abdür-Rəhman, Yezid, Sabit və s. olaraq bildirilir. O, Ryuveyfi və Bureyx ləqəbləri ilə tanınır. Əbu Rafi mənşəcə qibti idi. O, Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin qulu idi və Peyğəmbərə hədiyyə edildi. Abbas ibn Əbdülmüttəli İslamı qəbul etdikdən sonra Məhəmməd Əbu Rafini azad edir və cariyəsi Səlma ilə evləndirir.
Əbu Səyyaf
Əbu Səyyaf (ərəb. جماعة أبو سياف; Cama'ah Abu Sayyaf, Camaa Abu Sayyaf), həmçinin Əl-Hərəkətul-İslamiyyə kimi tanınan, Filippinin Mindanao və Basilan adalarında fəaliyyət göstərən bir neçə silahlı islami-terrorçu separatçı qruplardan biridir. Onun lideri İsnilon Tothoni Hapilion 2014-cü il iyulun 23-də İŞİD xilafəti Əbu Bəkr əl-Bağdadiyə beyət edib.
Əbu Səəlbə
Əbu Səəlbə (ərəb. أبو ثعلبة‎) — Məhəmmədin səhabələrindən biri və sünni müsəlmanlar arasında ən məşhur hədis mənbəyi olan Səhihi-Buxaridə nəql edilən hədis ravisi.
Əbu Davud
Əbu Davud və ya tam adı ilə əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistani (ərəb. أبو داود السجستاني‎, 817, Sistan – 888, Bəsrə, İraq, Abbasilər xilafəti) — mühəddis, "Sünəni-Əbu Davud" hədislər toplusunun müəllifi. Onun tam adı əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistanidir. Əbu Davud 817-ci ildə İranın cənub-şərqində və Əfqanıstanın cənub-qərbində yerləşən Sistan şəhərində anadan olmuşdur. O, Ərəbistan yarımadasının ən böyük tayfalarından biri olan Azd qəbiləsindən olan ərəb idi. İslamın yayılmağa başlaması ilə azdların bir hissəsi Ərəb xilafətinin müxtəlif yerlərində məskunlaşmağa başlamışdılar. Əbu Davudun əcdadı İmran Siffeyn döyüşündə xəlifə Əlinin tərəfində vuruşaraq həlak olmuşdur. Bəsrədə yaşayırdı. Əbu Davud hədis toplamaq üçün Xorasan, İraq, Misir, Suriya, Hicaz və xilafətin başqa yerlərində olmuşdur. İlk səyahətinə çıxanda iyirmi yaşından az idi.
Əbu Lulu
Firuz ən-Nihavəndi, bilinən adı ilə Əbu Lulu (ərəb. أبو لؤلؤة‎, fars. فیروز نهاوندی‎; Nahavənd, Həmədan ostanı və ya Kaşan, İsfahan ostanı – 3 noyabr 644, Mədinə və ya Kaşan, İsfahan ostanı) — Ömər ibn Xəttabı öldürən fars əsilli qul. Sasani ordusunda xidmət edən general olmuş, lakin 636-cı ildə Qadisiyyə döyüşündə Sasanilərin məğlubiyyəti nəticəsində əsir düşmüşdür. Firuz əsir alındıqdan sonra Muğirə ibn Şubeyə qul olaraq verilir. Firuz döyüş qabiliyyəti ilə yanaşı, mahir dülgər və sənətkar olmuşdur. Əbu Lulu Ömərin yanına gələrək sahibi Muğirə ibn Şubenin ondan daha çox pul aldığını söyləyir və bunun azaldılmasını istəyir. Ömər nə etdiyini soruşduqda Firuz miniatürcü, dülgər və dəmirçi olduğunu bildirir. Onun peşəsini eşidən Ömər maaşının yüksək olmadığını deyir. Onun dülgər olduğunu öyrənən Ömər Firuzə dəyirman tikməyi tapşırır.
Əbu Yusif
Əbu Yusif (ərəb. أبو يوسف‎, d.731 - ö.798) — Sünni fiqh məktəbinin yetirmələrindən İslam dünyasının məşhur alimlərindəndir. Yaqub ibn Yəsar əl-Ənsari Hənəfi məzhəbinin imamı Əbu Hənifədən sonrakı böyük hənəfi fəqihidir. İraq bölgəsinin fəqihi qəbul edilən Yaqub 113/731-ci ildə Kufədə doğulmuşdur. Yusif adlı bir oğlu olduğu üçün Əbu Yusif (Yusifin atası) ləqəbi ilə tanınmışdır. Ailəsi yoxsul olmuş, Əbu Hənifənin köməkliyi ilə elm öyrənməyə başlamışdır. Əta ibn əs-Saib, Məhəmməd ibn İshaq ibn Yəsar və Leys ibn Sad kimi böyük hədis alimlərindən hədis öyrənərək hədis hafizi olmuşdur. Əbu İshaq əş-Şeybani, Süleyman ət-Təmimi, Yahya ibn Səid əl-Aməş kimi fəqihlərdən dərs almışdır. İbn əbu Ləvlanın əhəmiyyətli fiqhi problemlərin həlli zamanı Əbu Hənifənin ictihadlarından istifadə etdiyini gördükdə ondan ayrılaraq Əbu Hənifənin dərslərində davamlı olaraq iştirak etməyə başlamışdır. Onun üsulundan istifadə edərək "mütləq müctəhid" məqamına yüksəlmişdir.